Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən 9 mərtəbəli binanın 3-cü mərtəbəsində 2 otaqlı studio tipli mənzil uzunmüddətli kirayə verilir.
Mənzil ailələr üçün nəzərdə tutulub və bütün lazımi şəraitlə təmin olunub. Kombi sistemi və isti döşəmə mövcuddur. Su, işıq və qaz daimidir. Mənzil soyuducu, kondisioner, paltaryuyan maşın və qaz sobası ilə təchiz edilib.
Kompleksin yerləşməsi çox əlverişlidir – yaxınlıqda uşaq bağçası, məktəb, supermarket, aptek, avtobus dayanacağı və park mövcuddur. Bina 24 saat mühafizə olunur, geniş və sakit həyəti, lifti, yeraltı qarajı və avtodayanacağı var.
Minimum kirayə müddəti 1 ildir. Əlavə olaraq 100 AZN depozit tələb olunur. Mənzildən çıxış zamanı əşyalar işlək və tam vəziyyətdə olarsa, depozit geri qaytarılır.
MAKLERLƏR NARAHAT ETMƏSİN.